RƏSMİ: "Səbail" kapitan Ağabala Ramazanovla yollarını ayırdı

RƏSMİ: "Səbail" kapitan Ağabala Ramazanovla yollarını ayırdı

"Səbail" kapitan Ağabala Ramazanovla vidalaşıb.

Mediasport.az xəbər verir ki, Bayıl klubu 31 yaşlı forvardla başa çatan müqaviləni yeniləməyib.

Qeyd edək ki, Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb.

O, bu matçlarda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.