"Neftçi"nin 5 futbolçusu "Kəpəz"lə matçda oynamayacaq - ADLAR
"Neftçi" Azərbaycan Premyer Liqasının 17-ci turunun "Kəpəz"lə oyun hazırlığını başa vurub.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi gəncəlilərlə qarşılşamaya itkilərlə çıxacaq.
Hazırlıq prosesində zədəlilər - Emin Mahmudov, Robert Bauer, Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo iştirak etməyiblər.
Bu futbolçuların “Kəpəz”lə görüşü buraxacğı dəqiqdir.
Əvəzində, zədədən sonrakı bərpa prosesini geridə qoyan Azər Salahlı komanda ilə birlikdə məşq edib.
Oyun sabah saat 18:30-da "Neftçi Arena"da keçiriləcək.