"Zirə" "Kəpəz"ə qalib gəldi, "Neftçi" yenə qələbə qazana bilmədi

"Zirə" "Kəpəz"ə qalib gəldi, "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 görüş keçirilib.

Çempionatda xal qazana bilməyən yeganə komanda "Kəpəz" səfərdə qəsəbə təmsilçisi "Zirə"nin qonağı olub.

Cari mövsüm işləri yolunda getməyən 2 kollektiv - "Neftçi" və "Sumqayıt" birincilərin stadionda üz-üzə gəlib.

"Şamaxı" - "Turan Tovuz" və "Qarabağ" - "Sabah" duelləri sabah baş tutacaq.

Turun açılış matçında "Araz-Naxçıvan" Sumqayıtda "Səbail"i məğlub edib (3:2).

Azərbaycan Premyer Liqası. 8-ci tur

28 sentyabr (şənbə)

"Zirə" - "Kəpəz" 3:0

Qollar: Ceyhun Nuriyev, 42, Rüstəm Əhmədzadə, 51, Davit Volkov, 57.

"Zirə": Aydın Bayramov, Məqsəd İsayev, Qismət Alıyev(k), Ceyhun Nuriyev, Ruan Renato, Rüstəm Əhmədzadə, Rafael Utziq, Ange Mutsinzi, Eldar Quliyev, İsmayıl İbrahimli, Salifu Summa.

Ehtiyat oyunçular: A.Nəzirov, F.Bayramov, A.İbrahim, H.Hacılı, S.Aka, P.Zebli, D.Volkov, M.Junior, E.Əlicanov, G.Papunaşvili, A.Qomis, İ.Alekperov.

Baş məşqçi: Rəşad Sadıqov.

"Kəpəz": Rojerio Santos, Dioqo Verdaşka, Ehtiram Şahverdiyev, Əli Səmədov, Nicat Süleymanov, Turan Manafov, Rauf Hüseynli, Yeqor Xvalko(k), Lassana Ndiaye, Pana, Paçu.

Ehtiyat oyunçular: T.Rzayev, M.Həsənov, N.Musayev, R.Mihana, K.Lkoça, V.Braqa, İ.Qırtımov, Ü.Səmədov, C.Kərimov, M.Hüseynov, O.Əliyev, C.Cəfərov.

Baş məşqçi: Azər Bağırov.

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Asif Əliyev.

Zirə İdman Kompleksinin stadionu.

"Neftçi" - "Sumqayıt" 1:1

Qollar: Yuri Matias, 76 - Cordan Rezabala, 70.

"Neftçi": 1. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 10. Filip Ozobiç, 93. Kilian Lebon, 99. Ervin Koffi, 44. Yuri Matias, 14. Edvin Kuç, 23. Robert Bauer, 90. Ramil Şeydayev, 24. Mustafa Sek, 22. Dembo Darbo.

Ehtiyat oyunçular: A.Salahlı, A.Əliyev, E.Balayev, Y.Boqomolski, H.Haqverdi, M.Tamaş, A.Şinyaşiki, E.Səfərov, A.Ştoqrin, R.Quzzo, R.Samiqullin, M.Məmmədov.

Baş məşqçi: Roman Qriqorçuk.

"Sumqayıt": 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 1. Mehdi Cənnətov, 19. Roi Kehat, 23. Cordan Rezabala, 6. Vüqar Mustafayev, 9. Nikola Vuynoviç, 2. Sertan Taşkın, 5. Alan Dias, 99. Silvanus Nimeli.

Ehtiyat oyunçular: R.Muradov, K.Quliyev, A.Süleymanlı, N.Əhmədzadə, X.Fərzullayev, K.Velinovski, G.Karaişvili, S.Muradlı, R.Sadıxov, F.da Silva, R.Əzizli.

Baş məşqçi: Samir Abasov.

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

"Neftçi Arena".