Bölgə klubunun kapitanı 2 ay futboldan kənarda qalacaq

Bölgə klubunun kapitanı 2 ay futboldan kənarda qalacaq

“Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev əməliyyat olunub.

Mediasport.az xəbər verir ki, sağ dizində zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duymuş futbolçunun əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu keçib. 

Vüqar Mustafayevin iki ay içərisində yenidən yaşıl meydanlara dönməsi planlaşdırılır.