"Sumqayıt" səfərdə "Sabah"a, "Zirə" evdə "Şamaxı"ya məğlub oldu

"Sumqayıt" səfərdə "Sabah"a, "Zirə" evdə "Şamaxı"ya məğlub oldu

Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

"Sumqayıt" səfərdə "Sabah"a, "Zirə" isə evdə "Şamaxı"ya məğlub olub.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Səbail" "Kəpəz"i (4:0), "Turan Tovuz" "Qarabağ"ı (1:0) məğlub edib, "Araz-Naxçıvan" "Neftçi" ilə bərabərə qalıb (1:1).


Azərbaycan Premyer Liqası. 4-cü tur


"Sabah" - "Sumqayıt" 3:1

Qollar: Namik Ələskərov, 43, Pavol Şafranko, 54, Cesse Sekidika, 77 - Fernando Medeyroş, 12.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Bank Respublika Arena.

"Zirə" - "Şamaxı" 0:1

Qollar: Leroy Mikels, 16.

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov.

VAR: Əliyar Ağayev.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

Zirə İdman Kompleksinin stadionu.