"Neftçi"nin rəhbəri: "İki hücumçuya dəvət göndərmişik" - VİDEO

"Neftçi"nin rəhbəri: "İki hücumçuya dəvət göndərmişik" - VİDEO

"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov "ağ-qaralar"ın televiziyasına açıqlama verib.

Mediasport.az xəbər verir ki, o, hazırda komandada pozitiv ab-hava olduğunu deyib.

Mahmudov daha sonra "Neftçi"nin hədəflərindən söz açıb:

"Komandada çoxdan idi müsbət atmosfer görmürdüm. İndi bunu görürəm. Bu, çox xoş idi. Futbolçular komandaya pozitiv ruhla qayıdıblar. Ötən il çətin keçdi. Buna baxmayaraq, 3-cü pillədə qərarlaşmışıq. Mübarizəyə hazır olmalıyıq. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. İnanıram ki, yaxşı olacaq".

Klub rəsmisi paytaxt təmsilçisinin 2 oyunçuya təklif göndərdiyini söyləyib:

"Yeni baş məşqçi ilə yanaşı, məşqçilər korpusu da burdadır. İdman departamentimiz 50-dən çox oyunçuya baxıb, 5-nə fokuslanıb. Artıq 2 oyunçuya təklif göndərilib, bunlar hücumçulardır. Biri sağ vinger də oynaya bilir. Təəssüf ki, adlarını çəkə bilmərəm. "Neftçi"dən ancaq qələbə gözləyirəm".