"Neftçi"nin futbolçusu Malayziyada keçirilən turnirdə oynayacaq
“Neftçi”nin futbolçusu Ataa Caber “Merdeka” turnirində iştirak edəcək.
Mediasport.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Fələstin millisində çıxış edən 29 yaşlı yarımmüdafiəçinin komandası oktyabrın 9-da Malayziyada start götürən yarışda qüvvəsini sınayacaq.
“Merdeka” turniri oktyabrın 18-dək davam edəcək.
İsrail doğumlu və bu ölkənin U-21 yığmasında oynamış Caber bu ildən Fələstin millisində forma geyinir, 4 matçda meydana çıxıb.