"Neftçi"nin bu futbolçuları "Qəbələ" ilə matçda oynamayacaqlar

"Neftçi"nin bu futbolçuları "Qəbələ" ilə matçda oynamayacaqlar

“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Mediasport.az xəbər verir ki, bəzi oyunçular Premyer Liqanın 20-ci turunda “Qəbələ” ilə görüşdə iştirak etməyəcəklər.

Qara Qarayev artıq kollektivlə məşqlərə qatılır. Azər Əliyev və Reziuan Mirzov fərdi və qismən komanda ilə hazırlıqlarda iştirak edirlər.

Müalicə prosesini davam etdirən Kilan Lebon da fərdi məşqlərlə kifayətlənir. Ataa Caber isə Asiya Kubokunun oyunları ilə bağlı hazırda Fələstin millisinin düşərgəsindədir.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu yanvarın 28-də “Neftçi Arena”da keçiriləcək.

“Ağ-qaralar” hazırda 29 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıblar.