7 qolun vurulduğu matç 2 statistika ilə diqqət çəkib - Premyer Liqa
"Qarabağ" Azərbaycan Premyer Liqasının 16-cı turunda "Sumqayıt"ı darmadağın edib (6:1).
Mediasport.az xəbər verir ki, nəticədə, cari mövsümün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb. Buna qədər yarışın ən böyükhesablı səfər qalibiyyəti 3 top fərqi ilə olmuşdu.
Belə ki, 3 dəfə 0:3 (1-ci tur: "Araz-Naxçıvan" – "Turan Tovuz", 5-ci tur: "Sabah" – "Turan Tovuz", 6-cı tur: "Kəpəz" – "Səbail"), 2 dəfə isə 1:4 (1-ci tur: "Səbail” – “Sumqayıt", 10-cu tur: "Qəbələ" – "Araz-Naxçıvan") hesabına rast gəlinib.
"Sumqayıt" - "Qarabağ" matçı həm də mövsümün ən bol qollu ikinci görüşü kimi əlamətdar olub. Bu statistikada da rekord çempiona məxsusdur. "Köhlən atlar"ın 12-ci turda "Kəpəz"lə ev qarşılaşmasında 8 qol (7:1) qeydə alınıb.