Ruslan Abışov "Turan Tovuz"da!

Ruslan Abışov "Turan Tovuz"da!

Futbolçu karyerasını ötən il başa vurmuş Ruslan Abışov "Turan Tovuz”da işləyəcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü Tovuz klubu ilə anlaşan baş məşqçi Kurban Berdıyevin köməkçisi olacaq.

Qərblilər türkmənistanlı mütəxəssislə bu yaxınlarda rəsmi müqavilə bağlayacaqlar.

Xatırladaq ki, Abışov 2013-2014-cü illərdə "Rubin”də məhz Berdıyevin rəhbərliyi altında oynayıb.