"Neftçi"nin keçmiş futbolçusu kilsədə işə başladı: "Məni bura Tanrı çağırdı"
2008/2010-cu illərdə “Neftçi”də oynamış yarımmüdafiəçi Marian Aliuçe kilsədə işə başlayıb.
mediasport.az xəbər verir ki, bu barədə məlumatı 45 yaşlı veteran futbolçu özü paylaşıb.
Son klubu məhz "Neftçi" olmuş rumıniyalı bildirib ki, həyatında baş verən problemlər səbəbindən bu addımı atıb: “Bəzi çətinliklərim var idi. Tanrıya problemlərimi danışdım, o da məni bura çağırdı. Qısa zamanda hər şey öz axarına düşdü. Tanrıya sonsuz təşəkkürümü bildirirəm”.
2001-2008-ci illərdə Rumıniya milli komandasında çıxış etmiş Aliuçe Bakı klubunda 31 oyun keçirib, 5 qol vurub.