İran hökuməti azərbaycanlı futbolçunun restoranını bağlatdırdı
İran milli komandasının keçmiş futbolçusu, Azərbaycan əsilli Kərim Bağıri Tehranda xoşagəlməz hadisə ilə üzləşib.
mediasport.az xəbər verir ki, İran hökuməti yığmanın sabiq üzvünün paytaxtda yerləşən restoranını bağlatdırıb.
Buna səbəb iaşə obyektinin ölkədə məcburi hicab qaydalarını pozanlara xidmət göstərməsi olub.
Qeyd edək ki, 49 yaşlı Bağıri Cənubi Azərbaycanın paytaxtı Təbriz şəhərində azərbaycanlı ailədə dünyaya göz açıb.