"Sabah" - "Beşiktaş" matçı üçün nə qədər bilet satılıb? - AÇIQLAMA

"Sabah" - "Beşiktaş" matçı üçün nə qədər bilet satılıb? - AÇIQLAMA

Mayın 13-də Bakıda baş tutacaq "Sabah" - "Beşiktaş" xeyriyyə futbol matçına biletlərin 80 faizi satılıb.

Bu barədə mediasport.az saytına açıqlama verən Masazır klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov 24 minə yaxın biletin satıldığını deyib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq xeyriyyə görüşü üçün satışa 30 minə qədər bilet çıxarıldığını və qarşılaşmaya 2 gün vaxtın qaldığını nəzərə alsaq, bütün biletlərin alınacağı, arenada anşlaq olacağı gözlənilir.

Oyun Bakı vaxtilə saat 18:00-da başlanacaq.