"Bakcell" Azərbaycanın Avropa çempionunu məhkəməyə verdi
"Bakcell" şirkəti cüdo üzrə Paralimpiya Oyunlarının gümüş medalçısı Kərim Sərdarovu məhkəməyə verib.
Mediasport.az "prosport.az" saytına istinadən xəbər verir ki, mobil operator Avropa çempionunu müqavilə öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.
İcraata Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Kərim Sərdarov 2008 və 2012-ci il Paralimpiya Oyunlarında ölkəmizi 100 kq çəki dərəcəsində təmsil edib.
O, 2008-ci ildə Çinin paytaxtı Pekində keçirilmiş Paralimpiya Oyunlarında ikinci yeri tutub.
2009-cu ildə Macarıstanın paytaxtı Debresendə Avropa çempionu olub, 2005 (Vlaardingen, Niderland) və 2011-ci ildə (Krouli, İngiltərə) qitə birinciliklərində bürünc medal əldə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunub.
50 yaşlı veteran idmançıya 2019-cu ildə ölkə başçısı tərəfindən mənzil bağışlanıb.