"Neftçi"nin yeni prezidenti baş məşqçi və komanda üzvləri ilə görüşdü

"Neftçi"nin yeni prezidenti baş məşqçi və komanda üzvləri ilə görüşdü

"Neftçi"nin yeni prezidenti Fərrux Mahmudov əsas komandanın üzvləri ilə görüşüb.

MediaSport.az xəbər verir ki, klub rəhbəri Bakı Olimpiya Stadionunda keçirilən məşqdən öncə baş məşqçi Adrian Mutu ilə söhbət edib.

Funksioner rumıniyalı mütəxəssislə komandanın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb.

F.Mahmudov "ağ-qaralar"a qarşıdan gələn rəsmi oyunlarda uğurlar arzulayıb.