"Xəzər Lənkəran"ın sabiq üzvü qəfil ürəktutmasından dünyasını dəyişib

"Xəzər Lənkəran"ın sabiq üzvü qəfil ürəktutmasından dünyasını dəyişib

Lənkəranda veteran futbolçu Valeh Zöhrabov dünyasını dəyişib.

Mediasport.az xəbər verir ki, bu barədə məlumatı Cənub Regional Futbol Federasiyasının rəhbəri Sakin Məmmədzadə paylaşıb.

Qeyd olunub ki, 90-cı illərdə “Xəzər Lənkəran” futbol klubunun əsas oyunçularından olmuş mərhum ötən gün ürəktutmasından vəfat edib.