Tovuz stadionunda növbəti yenilik

Tovuz stadionunda növbəti yenilik

Futbol üzrə Azərbaycan Premyer Liqasında işləri qaydasında gedən "Turan Tovuz" artıq yeni mövsümün texniki hazırlıqlarına başlayıb. Yeni sponsorun dəstəyi ilə Tovuz şəhər stadionunun ikinci problemi həll edilmək üzrədir.

Elektron tablodan sonra projektor problemini də yoluna qoymağa başlayan "Turan Tovuz"da artıq bunun üçün lazım olan avadanlıqlar, mal-material alınaraq stadiona gətirilib. Yəqin ki, yeni mövsümün startına qədər bu məsələ həllini tapacaq.

mediasport.az arena ilə bağlı daha bir yeniliyin olacağını öyrənib. Əldə etdiyimiz məlumata görə, yeni sponsor Tovuz şəhər stadionunun ot örtüyünü dəyişdirməyi planlaşdırır. Meydançanın təbii otla əvəzlənməsi məsələsi 80-90 faiz qərarlaşdırılıb. Yekun rəy bugünlərdə veriləcək. Əgər konkret qərar çıxsa, "Turan Tovuz" yeni mövsümün əvvəlində bir neçə turu səfərdə keçirəcək.