Regekampf yeni müqavilə bağladığı "Universitatya"dan ayrılıb

Regekampf yeni müqavilə bağladığı "Universitatya"dan ayrılıb

2022/2023-cü illər mövsümündə "Neftçi"nin baş məşqçisi olmuş Laurentsiu Regekampf yeni müqavilə bağladığı Rumıniyanın "Universitatya Krayova" klubundan ayrılıb.

Mediasport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanında işləyəcək.

O, Pro Liqa təmsilçisi "Əl-Riyad"la anlaşıb. Paytaxt klubu 6 turdan sonra 4 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Ərəblər Regekampfın keçidi üçün Rumıniya klubuna 350 min avro ödəyiblər.