Fransa milli komandasının sabiq üzvü "Şamaxı"da çıxış edəcək

Fransa milli komandasının sabiq üzvü "Şamaxı"da çıxış edəcək

"Şamaxı" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Mediasport.az xəbər verir ki, bölgə klubu növbəti legioner transferini həyata keçirib.

Klub Brahim Konateni heyətinə qatıb. Fransalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub.

28 yaşlı futbolçu son olaraq İsrailin “Hapoel Afula” klubunda forma geyinib.

Daha əvvəl “Nyor”, “Fuenlabrada”, “Rayo Mayadahonda”, “Kauno” klublarında da çıxış edib.