Neymar yorğunluğunu lüks gəmisiylə səyahət etməklə çıxarır
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar şəxsi gəmisi vasitəsiylə 3500 nəfərlə birlikdə dəniz səyahətinə çıxıb.
Mediasport.az xəbər verir ki, "sambaçı" bu gün Rio-de-Janeyrodan yola çıxıb və 3 günün tamamında geri dönəcək.
Neymarın ailəsinin də yer aldığı gəmidə mağazalar, kazino, boulinq salonu, teatr və konsert zalları, su parkı və s. mövcuddur.
Biletin qiyməti isə 6 min avroya qədər təyin edilib.
Xatırladaq ki, Neymar zədəli olduğu üçün yaşıl meydanlardan kənarda qalıb.