"Fənərbağça" əfsanəsi Emindən "Neftçi"nin formasını istəyib
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi"nii kapitanı Emin Mahmudov məşhur braziliyalı futbolçu Aleks de Souza ilə görüşüb.
Mediasport.az xəbər verir ki, yığmamızın üzvü hazırda "Antalyaspor"un baş məşqçisi vəzifəsini icra edən "sambaçı"ya öz formasını təqdim edib.
"Ağ-qaralar"ın mətbuat xidmətinin məlumatına görə, cənubi amerikalı "Neftçi"nin formasını oğlu üçün istəyib.
Xatırladaq ki, 2004-2012-ci illərdə "Fənərbağça"da oynamış Aleks 344 oyunda 172 qol vurub.