Milli komandamızın müdafiəçisi Cənubi Koreyada sarı vərəqə aldı

Milli komandamızın müdafiəçisi Cənubi Koreyada sarı vərəqə aldı

Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyada növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, futbolçumuzun heyətində çıxış etdiyi “Daejon” 6-cı tur çərçivəsində "Daequ”nun qonağı olub.

Antonun 90 dəqiqə meydanda olduğu qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Müdafiəçi 77-ci dəqiqədə sarı vərəqə alıb.

“Daejon” 8 turdan 6 xalla sonuncu pillədə qərarlaşıb.