AVRO-2024: Yığmamız səfərdə Estoniya millisinə qalib gəlib

 AVRO-2024: Yığmamız səfərdə Estoniya millisinə qalib gəlib

Futbol üzrə Azərbaycan yığma komadası bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Tallinndə Estoniya millisi ilə qarşılaşıb.

İlk hissədə iki qol vuran komandamız seçmə mərhələdə ilk qələbəsini qazanıb.

F qrupunun digər görüşündə Avstriya Belçikanı qəbul edəcək.


AVRO-2024. Seçmə qrup mərhələsi. 7-tur

20:00. Estoniya - Azərbaycan 0:2

Qollar: Toral Bayramov, 9, Ramil Şeydayev, 45+4 (p).

Baş hakim: Robert Şröder.

Tallin. "Le Koq Arena".

Estoniya: 12. Karl Yakob Hein, 2. Marten Kuusk, 3. Artur Pikk, 4. Mattias Kayt, 6. Rasmus Peetson, 7. Georgi Tunyov, 8. Henri Anier, 13. Maksim Paskotşi, 14. Konstantin Vassilyev (k), 17. Martin Miller, 20. Markus Poom.

Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Andre Vallner, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 11. Henrik Oyamaa, 15. Martin Vetkal, 16. Marko Lukka, 18. Mixael Lilander, 19. Ken Kallaste, 21. Boqdan Vaştşuk, 23. Vlasi Sinyavski.

Baş məşqçi: Tomas Heberli.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Yusif Nəbiyev, 9. Renat Dadaşov, 13. Emil Səfərov, 14. Cəlal Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.

Baş məşqçi: Canni De Byazi.