"Məğlubiyyət olduqda azarkeşlər də stadiona gəlmir" - "Dagbladet"

"Məğlubiyyət olduqda azarkeşlər də stadiona gəlmir" - "Dagbladet"

"Dünən "Budö Qlimt" "Qarabağ"la keçirilən qarşılaşma üçün 5577 biletin satıldığını bildirmişdi. "Aspmira" stadionu da 8200 tamaşaçı tutumuna malikdir. Reallıqda 4809 biletin satılmış olması utancvericidir".

Mediasport.az xəbər verir ki, bunu Norveçin "Dagbladet" portalı "Budö Qlimt" - "Qarabağ" (1:2) qarşılaşması üçün sözügedən stadionun tam dolmaması barədə hazırladığı xəbərdə qeyd edib.

Daha sonra "köhlən atlar"ın o qədər də diqqət cəlb edən komanda olmadığı vurğulanıb:

"Buna baxmayaraq, təmsilçimizin məğlubiyyəti məyusedicidir. Çünki avrokuboklarda uzun yol qət etmək üçün başlanğıc nöqtəsində uğurlu olmaq lazımdır. Məğlubiyyət olduqda azarkeşlər də stadiona gəlmir".

Xatırladaq ki, Kyetil Kuntsenin baş məşqçisi olduğu skandinavlar cari mövsüm avrokubokların əsas raundunda məğlub olmamışdılar: 2 qələbə, 1 heç-heçə.