Mahir Emreli start heyətdə, daha 6 legionerimizin klubları növbəti çempionat matçlarını keçirəcəklər

Mahir Emreli start heyətdə, daha 6 legionerimizin klubları növbəti çempionat matçlarını keçirəcəklər

Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvlərindən Cəlal Hüseynov klub futbolunda növbəti görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, 22 yaşlı müdafiəçinin formasını geyindiyi "Arda" Bolqarıstan Birinci Liqasında "Beroe" ilə heç-heçə edib (1:1).

Hüseynov qarşılaşmanı kənardan izləyib.

Bu gün daha 7 futbolçumuzun komandaları daxili birinciliklərdə meydana çıxacaqlar.

Almaniya 2-ci Bundesliqasında çıxış edən Mahir Emreli hazırda "Nürnberq"in heyətində "Pröyssen Münster"ə qarşı əsas heyətdə oynayır.

Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Ümraniyəspor"la qarşılaşacaq.

Renat Dadaşovlu "Ankaragücü" evdə "Adanaspor"u qəbul edəcək.

Eddi İsrafilovun çıxış etdiyi "Yohor Darul Tazim" 9-cu turun təxirə salınan oyununda "Perak"la üz-üzə gələcək.

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun komandası "Radomyak" doğma azarkeşlər önündə "Rakuv"lə oynayacaq.

Zamiq Əliyevin uğurları üçün çalışdığı "Eqnatia" "Skenderbeu", Amil Yunanovun komandası "Biliş" "Partizani" ilə mübarizə aparacaq.

4 oktyabr

Bolqarıstan Birinci Liqası. 11-ci tur

"Arda" - "Beroe" 1:1

5 oktyabr

Türkiyə 1-ci Liqası. 8-ci tur

14:30 "Ümraniyəspor" - "Bandırmaspor"

17:00 "Ankaragücü" - "Adanaspor"

Malayziya Superliqası. 9-cu tur (təxirə salınan oyun)

16:15 "Perak" - "Yohor Darul Tazim"

Polşa Ekstraklasası. 11-cu tur

16:45 "Radomyak" - "Rakuv"

Albaniya Superliqası. 8-ci tur

21:00 "Partizani" - "Biliş"

21:00 "Skenderbeu" - "Eqnatia"