AFFA "Sabah", "Kəpəz"və "Səbail"i cəzalandırdı - 2200 manat

AFFA "Sabah", "Kəpəz"və "Səbail"i cəzalandırdı - 2200 manat

AFFA İntizam Komitəsi "Sabah" və "Kəpəz" klublarını cərimələyib.

Mediasport.az xəbər verir ki, 5-ci tur görüşündə "Turan Tovuz"a evdə 0:3 hesabı ilə uduzan Masazır klubunun 5 oyunçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə ödəyəcək.

"Kəpəz" - "Araz-Naxçıvan" (1:2) qarşılaşmasında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə alıb, buna görə Gəncə təmsilçisi də 700 manat ziyana düşüb.

Turun "Səbail" - "Qarabağ" (2:1) oyununda meydana kənar şəxslərin daxil olması ucbatından Bayıl klubu 800 manat cəriməyə məruz qalıb.