“Turan Tovuz”, “Səbail” və “Zirə” ümumilikdə 3 min manat ödəyəcək
AFFA İntizam Komitəsi Premyer Liqanın 10-cu turunda qeydə alınan neqativ hallarla bağlı 3 klubu cərimələyib.
Mediasport.az xəbər verir ki, “Turan Tovuz” 1500, “Səbail” 800, “Zirə” isə 700 manat ziyana düşüb.
Tovuz təmsilçisi “Qarabağ”la matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700, oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması səbəbindən isə 800 manat cərimə olunub.
“Səbail” – “Neftçi” görüşünün ardından meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimə ödəyəcəklər.
“Kəpəz”lə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “Zirə” isə 700 manat xərcə düşəcək.