Cüdoçularımız Almaniyadakı Avropa Kubokunda birinci olublar
Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda medal əyarına görə oğlanlar arasında 1-ci yeri tutublar.
Mediasport.az xəbər verir ki, komandamız 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.
Təmsilçilərimiz ilk gündə 3 qızıl, 2 gümüş və 2 bürünc medal əldə ediblər. 50 kq çəkidə finalda iki cüdoçumuz - Bahadır Feyzullayevlə Məmmədəli Hüsiyev qarşılaşıb.
60 kq çəkidə medallara, müvafiq olaraq, Nihad Rəhimov, Özqan Quliyev və Fərid Qarayev yiyələnib.
66 kq çəkidə Kənan Sadıqov çempion, Ümüd Qurbanov 3-cü olub.
Son yarış günündə isə 73 kq, 81 kq və +90 kq çəki dərəcələrində Cəsur İbadlı (73 kq) gümüş medal əldə edib.
Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov (hər ikisi 81 kq) bürünc medal qazanıb.