"Böyük Dəbilqə"də sonuncu yarış günü: 4 cüdoçumuz tatamiyə çıxır
Əbu-Dabi "Böyük Dəbilqə" turnirinin üçüncü günündə 4 cüdoçumuz mübarizəyə başlayacaq.
Mediasport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən turnirinin sonuncu günündə 2 çəki dərəcəsində 4 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Kişilər arasında Murad Fətiyev və Musa Hüseynli (hər ikisi -90 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaq.