Yığmamız Avstriyada Olimpiya təlim-məşq toplanışına qatılıb
Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri Avstriyanın Mittersill şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışında iştirak edirlər.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, yanvarın 16-dək Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə davam edəcək beynəlxalq təlim-məşq toplanışına Azərbaycandan 36 idmançı qatılıb.
Düşərgə yeni mövsüm üçün əsas hazırlıq mərhələsi hesab olunur.
Məşqdə Azərbaycan yığması ilə yanaşı Yaponiya, Hollandiya, Fransa və Gürcüstan milliləri də iştirak edirlər.
Olimpiya təlim-məşq düşərgəsinə 55 müxtəlif ölkədən 902 idmançı qoşulub.