Oktyabrın 5-də Azərbaycan birinciliyinə start veriləcək
Oktyabrın 5-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinə start veriləcək.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, iki gün davam edəcək yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet qüvvəsini sınayacaq.
Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir. Həmçinin bu yarışın keçirilməsi şəhər və rayonlarda, idman cəmiyyətlərində, klublarda və mərkəzlərdə ağırllıqqaldırmanın inkişaf səviyyəsinin, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi məqsədi daşıyır.