Daha bir atletimiz Türkiyədə ölkəmizə medal qazandırdı
Ağır atletika yığmamızın daha bir üzvü Türkiyənin paytaxtı Ankarada üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə medal qazanıb.
mediasport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən Tehran Məmmədov birdən qaldırmada 126 kq-ı ram edərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Təmsilçimiz təkanla qaldırmada 147 kq nəticə ilə həm bu hərəkətdə, həm də toplamda 273 kq (126+147) nəticə ilə 4-cü pilləni tutub.
Dünən qadınlardan Nazilə İsmayılova 3 bürünc medal əldə edib. 49 kq-da yarışan idmançı həm birdən, həm təkanla qaldırma, həm də toplamda üçüncü olub.