Avropa birinciliyində iştirak edəcək idmançılarımızın HEYƏTİ
Oktyabrın 15-də Albaniyanın Dürres şəhərində start götürəcək 20 və 23 yaşadək gənclər arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, U-20 yığmasında Tehran Məmmədov (61 kq), Ravin Alməmmədov (67 kq), Ömər Cavadov, Murad Əliyev (hər ikisi – 73 kq), Tarmenxan Babayev (96 kq), Əli Şükürlü (109 kq) və Rəhman Kazımov (109 kq) mübarizə aparacaq.
U-23-də isə İsa Rüstəmov (67 kq) ilə Füqan Əliyev (81 kq) qüvvəsini sınayacaq. Avropa birinciliyi oktyabrın 25-də başa çatacaq.