Fidan Əlizadə: "Ən böyük hdəfim Olimpiya çempionu olmaqdır"

Fidan Əlizadə: "Ən böyük hdəfim Olimpiya çempionu olmaqdır"

"Polşadan qızıl medalla qayıtmaq istəyirik".

MediaSport.az xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Fidan Əlizadə Polşada keçirilən III Avropa Oyunları barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.

İdmançı qeyd edib ki, bu, onun iştirak etdiyi ilk Avropa Oyunlarıdır və Polşada uğur qazanmağa çalışacaq: “Komandamla birlikdə ölkəmizi layiqincə təmsil etmək istəyirik. O ki qaldı ən böyük hədəfimə, hər bir idmançı kimi, məqsədim Olimpiya çempionu olmaqdır”.

Qeyd edək ki, III Avropa Oyunlarında cüdo üzrə komandalararası yarış iyulun 1-də keçiriləcək.