Avropa çempionatı: İki cüdoçumuz final mərhələsinə vəsiqə qazandı

Avropa çempionatı: İki cüdoçumuz final mərhələsinə vəsiqə qazandı

Estoniyanın paytaxtı Tallində gənc oğlanlardan və qızlardan ibarət cüdo üzrə Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, ikinci yarış günündə 2 idmançımız final mərhələsinə yüksəlib.

Vüsal Qələndərzadə (73 kq) 1/16 finalda Dion Şarapollini, sonra Emre Karadumanı, Peter Jeanı və Mate Beruaşvilini məğlub edərək finala yüksəlib.

Eyni çəki dərəcəsində Aydın Rzayev İbrahim Demirəl və Vlad Mitrudan üstün olsa da, danimarkalı Morqan Errboeyə uduzub və mübarizəni dayandırıb.

Süleyman Şükürov (81 kq) 1/16 finalda Petrov Kesov, Luka Zorotoviç, Luka Cavakhişvili və İqor Tsurka üzərində qələbə qazanaraq finala adını yazdırıb.