Üçhakimiyyətlilik hökm sürür - Azərbaycan Basketbol Liqası
Azərbaycan Basketbol Liqasında 5-ci tura yekun vurulub.
mediasport.az xəbər verir ki, son oyun günündə "Sərhədçi" və "Xırdalan" basketbolçuları qarşılaşıblar.
Amansız mübarizə şəraitində keçən matçda Xırdalan təmsilçisi 1 xal fərqlə qələbə qazanıb - 83-82.
Görüşün ən məhsuldar basketbolçuları "Sərhədçi"dən Brendon Miller (24 xal, 11 ribaund) və "Xırdalan"dan Endryu Korum (26 xal, 17 ribaund) olub.
Növbəti turun görüşləri noyabrın 16-sı, 19-u və 20-si keçiriləcək. Çempionatda 5 turdan sonra 3 hakimiyyətlilik hökm sürür. "Sabah", NTD və "Gəncə" basketbolçuları 9 xalla ilk 3 yeri bölüşdürürlər.
Sabah BK
|
5 | 4 | 1 | 370-345 (+25) | 9 |
NTD BK
|
5 | 4 | 1 | 428-390 (+38) | 9 |
Gəncə BK
|
5 | 4 | 1 | 395-376 (+19) | 9 |
Neftçi İK
|
5 | 2 | 3 | 368-371 (-3) | 7 |
Olimpik Şəki BK
|
5 | 2 | 3 | 386-450 (-64) | 7 |
Sərhədçi PİK
|
4 | 2 | 2 | 347-313 (+34) | 6 |
AAAF Xırdalan BK
|
4 | 1 | 3 | 337-346 (-9) | 5 |
Zirve Astara BK
|
5 | 0 | 5 | 380-420 (-40) | 5 |