ABL-da 8-ci tur: "Gəncə" "Şəki"ni məğlub yola salıb

ABL-da 8-ci tur: "Gəncə" "Şəki"ni məğlub yola salıb

Bu gün Azərbaycan Basketbol Liqası (ABL) çərçivəsində 8-ci turun növbəti görüşü keçirilib.

Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 1 qarşılaşma baş tutub.

"Şəki" təmsilçisi Gəncə səfərində məğlub olub.

Əvvəlki oyunlarda "Xəzri" "Sərhədçi"ni (117:100), "Xırdalan" "Neftçi"ni (102:80), "Sabah" isə "Sumqayıt"ı (105:79) məğlub edib.

Tura sabah yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası. 8-ci tur

"Gəncə" - "Şəki" 78:66

Gəncə Olimpiya İdman Kompleksi