Dünya Qadınlar Seriyası: "Neftçi" macarlara, Almaniya Niderlanda qarşı

Dünya Qadınlar Seriyası: "Neftçi" macarlara, Almaniya Niderlanda qarşı

3x3 basketbol üzrə Dünya Qadınlar Seriyasının Şuşa mərhələsində yarımfinalçılar müəyyənləşib.

mediasport.az xəbər verir ki, 1/4 final görüşləri çərçivəsində Almaniya yığması Yaponiyanın "G FLOU" klubu, Macarıstan millisi Rumıniya yığması ilə qarşılaşıb.

Yaponları 22:16 hesabı ilə məğlub edən Almaniya basketbolçuları finala gedən yolda Niderland basketbolçuları ilə üz-üzə gələcəklər. Rumıniyadan üstün olan (21:13) macarlar isə finala çıxmaq üçün "Neftçi" səddini keçməlidir.

Reqlamentə əsasən, qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksəliblər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gəliblər.

Mərhələnin oyunları “CBC Sport” telekanalı vasitəsilə də canlı yayımlanır.