"Sabah"ın üzvləri Ukrayna və Latviya yığmalarına çağırıldılar

  "Sabah"ın üzvləri Ukrayna və Latviya yığmalarına çağırıldılar

"Sabah" klubunun basketbolçuları Latviya və Ukrayna yığma komandalarına çağırılıblar.

Mediasport.az xəbər verir ki, Andrey Voynaloviç Ukrayna seçməsinin heyətində Avropa çempionatının təsnifat oyununda meydana çıxa bilər.

Artyoms Butyankovs və Klavs Kavars isə Latviya millisinin düşərgəsində olacaq.

Noyabrın 22-dən 25-dək keçiriləcək təsnifat oyunlarında Latviya millisi Belçika, Ukrayna isə İsrail yığması ilə üz-üzə gələcək.