Komandaların avrokubokların qalibi olma şanslarını açıqlandı - TƏXMİN
"Opta" cari mövsüm avrokuboklarda mərhələ adlaya və çempion ola biləcək komandaların faiz göstəricilərini müəyyənləşdirib.
Mediasport.az xəbər verir ki, UEFA Çempionlar Liqasını "Mançester Siti"nin qazanmaq ehtimalı daha yüksək dəyərləndirilib (27.2 faiz).
Son çempion "Real"ın növbəti dəfə birinci olacağı ehtimalı 13.7 faiz göstərilib.
Avropa Liqasında da kubokun İngiltərəyə gedəcəyi düşünülüb. "Qarabağ"ın rəqiblərindən "Tottenhem" bu mənada fərqləndirilib (18 faiz).
"Köhlən atlar"ın adı mərhələ adlaya biləcək kollektivlərin sıralamasına daxil edilməsə də, Türkiyə klublarından "Qalatasaray" və "Fənərbağça" siyahıda yer alıb.
"Opta" Avropa Konfrans Liqasının qalibi kimi "Çelsi"ni 42.4 faizlə turnirdə digər komandalardan daha şanslı hesab edib.