Bakıya gəlməyə yolpulu tapmayan kluba texniki məğlubiyyət verildi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan 2-ci Liqasının 7-ci turunun baş tutmayan "Şəfa" - "Lerik" oyunu ilə bağlı qərar verilib.
Görüşə gəlməyən cənublulara 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni zamanda, "Lerik" klubu 300 manat cərimələnib.