"Səbail" onu da yola saldı - RƏSMİ

"Səbail" onu da yola saldı - RƏSMİ

"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

mediasport.az xəbər verir ki, müdafiəçi Turan Manafovla yeni müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməyən Bayıl klubu futbolçu ilə vidalaşıb.

Manafov "dəniçilər"dən ayrılan 10-cu futbolçu olub.

Komandadan Nihad Qurbanlı, Mirabdulla Abbasov, Ruslan Hacıyev, Emil Martinov, Luvaqa Krizito, Qustavo de Fransa, Qoba Zakpa, Franko Mazurek və Petro Stasyuk da gedib.