Orxan Məmmədov ÇL-də 3-cü olmuş “Zirə” klubunu qəbul edib
Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov Çempionlar Liqasında 3-cü yeri tutmuş “Zirə” minifutbol komandasının üzvləri ilə görüşüb.
AMF-nin mətbuat xidmətindən “Mediasport”a verilən məlumata görə, O.Məmmədov qitəmiqyaslı turnirdə bürünc medal qazanan kollektivin uğurunu yüksək qiymətləndirib.
O, futbolçuları təbrik edib, növbəti yarışda onlardan daha yaxşı nəticə gözlədiyini vurğulayıb.
Ardından baş məşqçi Elşad Quliyevin yarışla bağlı hesabatı dinlənilib. Sonda komanda üzvləri ilə xatirə şəkili çəkdirilib.
Qeyd edək ki, “Zirə” Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yer uğrunda görüşdə yarışın son qalibi yerli AEK klubuna 5:1 hesabı ilə qalib gəlib.