Azərbaycan milli komandasının üzvləri fəxri adla mükafatlandırılıb

Azərbaycan milli komandasının üzvləri fəxri adla mükafatlandırılıb

Mini-futbol üzrə Azərbaycan millisinin üzvləri fəxri adla mükafatlandırılıblar.

Mediasport.az xəbər verir ki, təltifetmə mərasimi 2025-ci ildə Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı tədbirdə baş tutub.

Mükafatları futbolçulara gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Futbolçulara idman ustası medalları və vəsiqələri verilib.