"Qarabağ" və "Neftçi" 2023-cü ili qələbə ilə başa vurub - YENİLƏNİB
Bu gün Azərbaycan Premyer Liqasında ikinci dövrənin sonuncu - 18-ci turuna yekun vurulub.
Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 2 qarşılaşma keçirilib.
Öncə "Neftçi" doğma azarkeşlər önündə "Kəpəz"i qəbul edib.
Daha sonra son çempion "Qarabağ" qəsəbə təmsilçisi "Zirə"nin qonağı olub.
Beləliklə, ölkə çempionatının təmsilçiləri qış fasiləsinə yollanacaqlar.
Azərbaycan Premyer Liqası. 18-ci tur
16:00 "Neftçi" - "Kəpəz" 2:0
Qollar: Azər Salahlı, 9, Andre Şinyaşiki, 71.
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
"Neftçi Arena"
18:30 "Zirə" - "Qarabağ" 0:1
Qol: Juninyo, 15.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu