Dünyaca məşhur azərbaycanlı futbolçu ölümə məhkum edildi
Cənubi Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı ailəsində dünyaya göz açmış İran millisi və "Bavariya"nın sabiq hücumçusu, milli komandalar çərçivəsində bütün yarışlarda 109 qolla dünyanın 1 nömrəli bombaridiri Əli Daeinin haqqında ölüm hökmü çıxarılıb.
mediasport.az xəbər verir ki, buna 53 yaşlı Daeinin bir müddət əvvəl qətlə yetirilmiş 22 yaşlı Məhsa Əminin öldürülməsinə qarşı Saqqız şəhərində keçirilən etirazlarda iştirak etməsi səbəb olub.
Məlumata görə, o, oktyabrın əvvəllərində həbs edilib. Hazırda onunla yanaşı, daha 15 min nəfərin edam olunacağı deyilir.
İranın Əxlaq polisi sentyabrda Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyinə görə təzyiqlər göstərib və daha sonra onu polis bölməsində zorakılıqla qətlə yetirib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb.