Avropa klub karyerasında bütün dövrlərdə ən çox qol vuran kimdir?

Avropa klub karyerasında bütün dövrlərdə ən çox qol vuran kimdir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada klub karyerasında bütün dövrlərin ən çox qol vuran futbolçularının adlarını açıqlayıb.

mediasport.az xəbər verir ki, sıralamada 500-dən çox qol vuran 13 oyunçu yer alır.

Argentina yığmasının kapitanı Lionel Messi siyahıya başçılıq edir. Cənubi amerikalı PSJ-nin heyətində “Nitsa” (2:0) ilə Liqa 1 görüşündə qol vuraraq ümumilikdə 702 topla birinci pilləni ələ keçirib. O, karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirən Portuqaliya millisinin lideri Kriştiano Ronaldonu 1 top qabaqlayır. Aktivində 690 qol olan əfsanəvi avstriyalı hücumçu Jozef Biçan 690 qolla 3-cü pillədə qərarlaşıb.