Çempionlar Liqası: Azərbaycan çempionunun rəqibləri məlum olub

Çempionlar Liqası: Azərbaycan çempionunun rəqibləri məlum olub

"Araz-Naxçıvan" komandasının futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sparta” (Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klubları ilə qarşılaşacaq.

Bu qrupun oyunları İsveçdə keçiriləcək.

Matçlar avqustun 20-25-də baş tutacaq. Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.

Qeyd edək ki, “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda 5-ci qrupda yer alacaq.

Bu mərhələnin oyunları oktyabrın 22-27-də Fransada keçiriləcək.

Elit-raunda isə turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək.