Birinci Liqa start götürdü

 Birinci Liqa start götürdü

Futzal üzrə Birinci Liqada 2024-2025-ci illər mövsümünə start verilib.

Mediasport.az xəbər verir ki, turun ilk matçında “STAR kargo” və “Xan-Lənkəran” komandaları üz-üzə gəliblər.

Görüş birincilərin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun "Yeni Suraxanı" – "Ulduz", PFL – "Metropoliten", "Delta" – "Djevo Dəyirman", "Baku Fire-2" – "Çarşı Bakı" və "Dəstə Ordubad" – "Timsport" görüşləri bu gün keçiriləcək.


Birinci Liqa. 1-ci tur


"STAR kargo" – "Xan-Lənkəran" 5:1

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hikmət Qafarlı

Hakim-inspektor: Füzuli Nəcəfov