Yığmamız yenə uduzdu
Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB Oyunlarında iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi ikinci oyununu keçirib.
mediasport.az xəbər verir ki, qırğızıstanlı yaşıdları ilə qarşılaşan yığmamız 2:5 hesabı ilə məğlub olub.
U-19-un qollarını Rüfət Məmmədli və Fərid Abbasov vurub.
Millimiz turnirdə növbəti oyununu sabah saat 17:30-da Özbəkistan yığmasına qarşı keçirəcək. Komandamız qrupun ilk matçında meydan sahiblərinə 1:7 hesabı ilə uduzub.